SİYASƏT


Ramin Bayramlı: İrəlidəki günlərdə sağalanların sayı daha da artacaq

Bir gün ərzində çox sayda insanın sağalması ilə bağlı deyilən rəqəmlər realdır. İrəlidəki günlərdə sağalanların sayı daha da artacaq.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.