SİYASƏT


Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə Heydər Əliyev Fondunun Departament direktoru Soltan Məmmədov deyib.