Hikmət Hacıyev: May ayı ərzində Azərbaycandan beynəlxalq uçuşların açılması gözlənilmir
16.04.2020 [17:28]
Xəbərin mətni
May ayı ərzində Azərbaycandan beynəlxalq uçuşların açılması gözlənilmir. Yalnız xüsusi çarter reyslər və beynəlxalq daşımalar həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.