Fuad Muradov: Koronavirusa yoluxan diaspor fəallarından vəziyyəti ağır olanlar yoxdur
16.04.2020 [17:50]
Xaricdə olan Azərbaycan vətəndaşlarından virusa yoluxanlar var.
AZƏRTAC xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, virusa yoluxanlar arasında Avropa ölkələrində olan diaspor fəalları da var: “Onlardan vəziyyəti ağır olanlar yoxdur. Virusa yoluxan vətəndaşların da vəziyyəti yaxşıdır. Fransa, Almaniya, İsveç, Finlandiya, Gürcüstan və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarında virus aşkarlanıb.