PDM ekipajları döyüş vərdişlərini təkmilləşdirir
17.04.2020 [15:23]
Xəbərin mətni
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM) ekipajları döyüş bacarıqlarını təkmilləşdirir.
Təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş hazırlığının artırılması, PDM-lərin çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.