DÜNYA


Ötən il Rusiyada 41 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının dəhşətli görüntüləri yayılıb

Ötən ilin may ayında Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində baş verən yanğının yeni görüntüləri yayılıb.
AZƏRTAC xəbər verir ki, görüntüləri Rusiya Federasiyasının Təhqiqat Komitəsi yayıb.
Qeyd edək ki, Moskvadan Murmanska uçan sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Təyyarənin göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olub, onlardan 41 nəfər həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır