SİYASƏT


“Euractiv” Heydər Əliyev Mərkəzinin pandemiyadan əziyyət çəkən ölkələrə dəstəyi ilə bağlı hazırladığı videoçarxı bir həftə boyunca yayımlayacaq

Belçikada qeydiyyatdan keçən aparıcı media şirkəti “Euractiv” Fondunun internet səhifəsində Azərbaycanın dünyaca məşhur Heydər Əliyev Mərkəzinin binası üzərində, hazırda COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Avropa ölkələri və Avropa İttifaqı ilə həmrəylik rəmzi olaraq İtaliya, İspaniya, Fransa, Almaniya və Avropa İttifaqının bayraqlarının müvafiq ölkələrin musiqisinin müşayiəti altında işıqlandırılmasını əks etdirən video çarx yayımlanır.
Avropa İttifaqı qərarvericiləri (decision makers), ictimai rəy formalaşdıranlar və Avropa İttifaqı institutları arasında ən geniş oxucu kütləsinə malik olan, nüfuzlu "EurActiv" xəbər portalında bu video çarx bir həftə boyunca nümayiş olunacaq.