CƏMİYYƏT


Səbaildə gizli fəaliyyət göstərən kafe aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı S.İsayev və orada olan 9 müştəri saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat cərimə olunublar.