Kemerovo vilayətində bütöv bir kənd yanıb: 22 ev məhv olub
23.04.2020 [16:46]
Rusiyanın Kemerovo vilayətinin Postnikovo kəndi yanıb. AZƏRTAC tvzvezda.ru-ya istinadən xəbər verir ki, 22 ev tamamilə məhv olub. 13-ü uşaq olmaqla, 36 zərərçəkən müvəqqəti olaraq yerli internat məktəbində məskunlaşacaqlar. Yanğının səbəbi araşdırılır.