Bakıya satmaq niyyəti ilə narkotik vasitələr gətirmək istəyən şəxslər tutulublar
28.04.2020 [11:47]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının Yevlax rayonunda keçirdikləri tədbir zamanı Ağdaş sakinləri Turan Mustafayev və Fazil Məhərrəmov tutulublar. Onların üzərilərində və idarə etdikləri avtomobildə axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə gətirmək istədiklərini bildiriblər.