CƏMİYYƏT


Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində istehsal olunan calaqaltılar sahəyə köçürülüb

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çəyirdəkli meyvə bitkilərinin calaqaltıları in-vitro üsulu ilə çoxladılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. Bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə uyğunlaşması da uğurla keçəcək. Calaqaltılar növbəti mərhələdə calaq olunacaq, bir ildən sonra sağlam və yüksək keyfiyyətli əkin materialı əldə ediləcək. Bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır