Səbail rayonunda karantin rejimini pozan bərbər salonu aşkar edilib
29.04.2020 [17:24]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyektin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.