Livanda doğulan Fransa vətəndaşı Şamaxının Kələxana kəndində təsərrüfat yaradıb
30.04.2020 [11:50]
Fransa vətəndaşı 42 yaşlı Siril Kərim Rabbatlı Şamaxının Kələxana kəndində ölkəmizdə fermerlərə yaradılan əlverişli şəraitdən faydalanaraq təsərrüfat yaradıb. Təsərrüfatında taxıl sahəsi, üzüm bağı ilə yanaşı, inək ferması da var.
Siril Kərim Rabbatlı AZƏRTAC-a müsahibəsində ona burada ögey münasibətin olmadığını deyir.
Fransa vətəndaşı Livanın Beyrut şəhərində doğulub. İyirmi il əvvəl Azərbaycana pənah gətirən Kərim yeddi il Bakıda yaşadıqdan sonra, 2007-ci ildə Şamaxıya üz tutub. Rayon mərkəzindən 10 kilometr aralıda, dağların arasında yerləşən Kəlaxana kəndinə köçən əcnəbi, ilk olaraq üzüm bağı salıb. Üzüm sahəsi ilə bərabər taxılçılığa da yer ayıran fermer bir neçə ildir ki, arpa-buğda əkini ilə də məşğuldur.