Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı

30.04.2020 [12:17]

Xəbərin mətni

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Cəbrayıl rayon sakini Şahruq Şavruqov tutulub.