Ölkə ərazisində xüsusi karantin rejimi mayın 31-dək uzadıldı
01.05.2020 [17:10]
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, karantin rejimi mayın 31-nə qədər uzadıldı və bəzi ərazilərdə də yumşaldılmasına qərarı verildi. Yoluxma hallarının yüksək olduğu 4 şəhərdə karantindən çıxma yavaş sürətlə həyata keçiriləcək. Digər ərazilərdə isə yüksək sürətlə çıxış olacaq.