CƏMİYYƏT


“Gilan Holdinq” altı min aztəminatlı ailəyə sosial dəstək göstərib

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulub.
AZƏRTAC xəbər verir ki, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.