Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karantin rejimi dövründə paytaxtda avtobuslarla 21 milyondan çox sərnişin daşınıb

04.05.2020 [17:27]

Xəbərin mətni

Martın 24-dən bu günədək paytaxtda avtobuslarla 21 milyon 652 min sərnişin daşınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.