CƏMİYYƏT


Bakıda avtomobilində çoxlu sayda silah-sursat gəzdirən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Rəşad adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəşad Qasımov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman bir ədəd “Licenced Trodemarkof NEW” markalı tapança, altı ədəd patron, bir ədəd patron darağı və bir ədəd bıçaq aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı bir ədəd nömrəsi silinmiş “TOZ 8” markalı ov tüfəngi, bir ədəd “İJ-53” markalı pnevmatik tapança, bir ədəd lüləsi və qundağı kəsilmiş “TOZ B” markalı ov tüfəngi, bir ədəd “Gamo” markalı pnevmatik tüfəng, 14 ədəd patron və bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır