CƏMİYYƏT


Arının baldan da faydalı məhsulu – çiçək tozu

Bal, çiçək tozu, vələmum, mum, arı südü, arı zəhəri, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir. Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində tərkibinə və müalicəvi xüsusiyyətlərinə görə çiçək tozu digərlərindən fərqlənir. Vitaminlər, proteinlər, karbohidratlar, makro və mikroelementlər, amin turşuları ilə zəngin olan çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır.