CƏMİYYƏT


Metronun fəaliyyətinin bərpa edilməsi koronavirusla bağlı vəziyyətdən asılıdır

Metronun fəaliyyətinin bərpa edilməsi koronavirusla bağlı vəziyyətdən asılıdır. Mayın 11-nə doğru xəstəliklə bağlı tendensiyanın necə olacağı bununla bağlı qərar qəbul etməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.