Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstraliyalı sığınacaqdan bir köpək götürdü, özünə "danışan" dost tapdı

08.05.2020 [14:51]

Drev adlı Sidney sakini, keçən il bir heyvan sığınacağından "danışan" bir it götürdü və ona Dennis adını verdi. Sevimli köpəyi ilə bağlı video paylaşan sahibi bir-birindən maraqlı rəylər yazan izləyicilərə təşəkkürünü bildirib:
“Mən iti sığınacaqdan 7 yaşında olarkən xilas etdim. Adı Dennisdir. Hər yerə özümlə aparıram. Söhbəti ilə insanları daim güldürür. İmkan versən bütün günü danışar", deyə sahibi yazıb.