MƏDƏNİYYƏT


“Yaşayan tarix” layihəsində veteranlar danışır

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaşayan tarix” layihəsində Respublika üzrə Böyük Vətən Müharibəsinin 435 nəfər veteranından müsahibə alınaraq, onlar haqqında qısametrajlı videoçarxlar çəkilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan Tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılmış və onların iştirakı ilə geniş təqdimat mərasimləri keçirilib.
Layihənin əsas məqsədi gənclərimizi Böyük Vətən Müharibəsinin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, gənclərdə vətənpərvərlik ruhunu artırmaq, Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusi ilə, Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.