MƏDƏNİYYƏT


Heç kim və heç nə unudulmur - Qələbə gününə həsr edilən yeni layihə

"Heç kim və heç nə unudulmur" adlı yeni layihə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, layihə 9 May faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hazırlanıb. Layihənin ideya müəllifi, əməkdar artist Ramil Qasımova, mahnının musiqisi Pikə Axundovaya, sözləri Şahin Musaoğluna aiddir.
Yeni layihədə müxtəlif ölkələrin tanınmış opera ifaçıları – Ramil Qasımov (Azərbaycan), Firuza Yusupova (Özbəkistan), Elnura Samarbekova (Qırğızıstan), Zarina Altimbayeva (Qazaxıstan), Boqdan Pançenko (Ukrayna), Vladimir Qromov (Belarus), Maksim Perebeynov (Rusya) iştirak ediblər.
Dirijor Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevdir.