SİYASƏT


Qubalı döyüşçü ilə ailə quran belaruslu tibb bacısı - Lidiya Rüstəmova

İkinci Dünya müharibəsi iştirakçısı 96 yaşlı Rüstəmova Lidiya Antonovna Quba rayonunun Digah kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əslən Belarusun Vitebsk vilayətindən olan Lidiya Rüstəmova müharibə illərində tibb bacısı kimi fəaliyyət göstərib. Elə həmin vaxt da gələcək həyat yoldaşı qubalı Səfixan Rüstəmovla tanış olub.
Lidiya Rüstəmova tibbi heyətin tərkibində Belarus cəbhəsindən Berlinədək döyüş yolu keçib. Müharibədə göstərdiyi şücaətə görə dəfələrlə orden və medallarla mükafatlandırılıb.