BMT-nin baş katibi İkinci Dünya müharibəsinin 75-ci ildönümü münasibəti ilə müraciət edib
09.05.2020 [16:36]
BMT-nin Baş katibi Antonio Quterreş İkinci Dünya müharibəsində həlak olanlara həsr olunmuş xatirə və barışıq günləri ilə bağlı video-müraciət edib.
BMT-nin Azərbaycandakı Nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, video-müraciətdə Baş katib İkinci Dünya müharibəsində həlak olmuş milyonlarla insanı yad edərək, onların çəkdiyi əzabları xatırladıqlarını bildirib.