SİYASƏT


Ermənistan tərəfi ötən sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.