DÜNYA


Moskvada süni tənəffüs aparatı yanğına səbəb oldu: 1 xəstə öldü, 300 nəfər təxliyyə edildi

Moskvada koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş verən yanğının səbəbləri aydınlaşdırılır. Hadisə nəticəsində süni tənəffüs aparatına qoşulan xəstələrdən 1 nəfər ölüb, 5 xəstənin həyatını isə xilas etmək mümkün olub.
AZƏRTAC TASS-a istinadən xəbər verir ki, yanğın altı mərtəbəli tibb binasının birinci mərtəbəsindəki reanimasiya şöbəsində baş verib.
Yanan binadan 300 nəfər təxliyyə edilib. Hadisəyə reanimasiya otağında xəstəyə qoşulmuş süni tənəffüs aparatının səbəb olduğu bildirilir. Yanğın aparatdakı nasazlıq üzündən yaranıb.