SİYASƏT


Haber Global: Bu gün qardaş Azərbaycan üçün özəl bir gündür

Bu gün qardaş Azərbaycan üçün özəl bir gündür. Müasir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 97-ci ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında ulu öndər haqqında yayınlanan süjetdə səsləndirilib.
“Azərbaycana həsr edilən bir ömür” adlanan süjetdə Ümummilli Liderin həyat və fəaliyyətindən söz açılıb.