SİYASƏT


“Rossiya-24” telekanalının “Formula Vlasti” verilişində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın mühüm rolundan da bəhs olunub

Rusiyanın Rossiya-24 televiziya kanalında mayın 10-da efirə gedən “Formula Vlasti” verilişinin Böyük Vətən müharibəsində Qələbə gününə həsr olunan buraxılışında bu müharibədə Qələbənin qazanılmasında Azərbaycanın da mühüm rolundan bəhs edilib, dövlətimizin başçısının Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən bir hissə yayımlanıb.