SİYASƏT


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Parisdə virtual konsertlə qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü Fransadakı səfirliyimiz tərəfindən virtual konsertlə qeyd edilib.
Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixinin xilaskarı, öz qətiyyəti ilə xalqımızı arxasınca aparmış və ən ağır vaxtlarda, taleyüklü məqamlarda xalqın yanında olmuş ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli lider Heydər Əliyev müasir dünya tarixində silinməz iz qoyan böyük şəxsiyyətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransadakı səfirimiz Rəhman Mustafayev ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü qeyd edilərkən söyləyib.