Azərbaycan Respublikasının Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib
12.05.2020 [16:04]
Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarına riayət edilməklə videokonfrans rejimində keçirilmiş müşavirəyə Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları və digər şəxslər qatılıblar.