DÜNYA


Məhkumlar həbsxanadan təxliyə olunmaq üçün koronavirusu bilə-bilə yayıblar

ABŞ-da məhkumlar həbsxanadan təxliyə olunmaq üçün inanılmaz plan qurublar.
AZƏRTAC xarici KİV-lərə istinadən bildirir ki, Los-Anceles şəhərində məhkumlar COVID-19-a yoluxan məhbusların tibbi maska və əşyalarından istifadə edərək, özlərini bilərəkdən virusa yoluxdurublar.
Bundan əlavə, temperaturların ölçülməsi zamanı məhkumlar isti su içərək, həkimləri yanıltmağa çalışıblar.
Qeyd edək ki, təcridxanalarda koronavirusun yayılmasının qarşısının alınması üçün COVID-19-a yoluxan məhkumların təcili təxliyəsinə qərar verilib. Qeyd edək ki, bu görüntülər aprel ayında lentə alınsa da, indi üzə çıxıb.