SİYASƏT


İƏT-in Milli Xəbər Agentlikləri Birliyi koronavirusa qarşı mübarizə mövzusunda virtual forum keçirib

Mayın 16-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu” mövzusunda ilk virtual forum keçirib. Əlliyə yaxın ölkənin rəsmi xəbər agentlikləri rəhbərlərinin, səfirlərin iştirak etdikləri forumda Azərbaycanı UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.