CƏMİYYƏT


Qubada külək beşmərtəbəli binanın damını avtomobillərin üzərinə uçurub

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını külək uçurub. Binanın həyətində olan 5 avtomobilə ciddi ziyan dəyib.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.