CƏMİYYƏT


Bakıda cənub küləyi əsəcək

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq.