Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirir

19.05.2020 [15:16]

Xəbərin mətni

Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.