Ağstafada "yanan su" REPORTAJ
19.05.2020 [16:54]
Xəbərin mətni
Təbiətin yaratdığı möcüzələr bitib-tükənmir. Odla su bir arada olmaz deyilsə də, bəzən onların harmoniyasını da görürük. Belə təbiət möcüzəsindən biri Ağstafa rayonu ərazisində yerləşir. Bulaqdan çıxan alov əsrarəngiz görüntü yaradır.
AZƏRTAC xəbər verir ki, rayonun Saloğlu qəsəbəsi yaxınlığında, Kür çayı sahilində yerləşən bulaq uzun illərdir buradan keçənlərin marağına səbəb olur. Sakinlər bulağı "yanan su" da adlandırırlar. Tərkibindəki qazla birgə torpaq səthinə çıxan bulaq daim yanır.