Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı olub

19.05.2020 [16:04]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI