SİYASƏT


Müdafiə naziri təlimlərin keçirildiyi cəbhə bölgəsindədir

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhə bölgəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar. Qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra Müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır