CƏMİYYƏT


Bakıda saat 18-dən sonra gizli fəaliyyət göstərən restoran aşkarlanıb

Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır. Sonuncu belə tədbir zamanı Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranının saat 18:00-dan sonra da işlədiyi məlum olub.