CƏMİYYƏT


Qoyun sürülərinin yaylağa köçü başlayıb

Azərbaycanda qoyun sürülərinin qışlaqlardan yaylaqlara köç prosesinə start verilib. Aran bölgələrində yerləşən qışlaqlardan sürülərin dağlıq ərazilərdə yaylaqlara köçü mayın sonuna kimi davam edəcək.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar qışlaqlarındakı təsərrüfatlardan olan sürülərin Lerik yaylaqlarına köç prosesini izləyib. Sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxırlar. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən çox xırdabuynuzlu heyvanın köçü təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır