CƏMİYYƏT


Bakıda çirklənmənin azaldığı ərazilər açıqlandı

Bakı şəhərinin xüsusilə nəqliyyatın daha sıx olan nöqtələri - Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, havada olan çirkləndiricilərin miqdarı 45-50 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.