Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanışlıq

25.05.2020 [18:00]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxdılar.
AZƏRTAC xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI