Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 29 dərəcə isti olacaq

27.05.2020 [13:42]

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.