Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib
28.05.2020 [09:45]
Xəbərin mətni
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev nazirə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4000 kvadratmetrdir.