CƏMİYYƏT


Qubada “VAZ 2107” markalı avtomobil yanıb

Qubada rayonun İkinci Nügədi kənd sakini Rasim Orucova məxsus “VAZ 2107” markalı avtomobildə yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, baş verən yanğın hadisəsinə ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları operativ reaksiya verərək, xidməti avtomobillərindəki yanğın söndürmə balonlarından istifadə edərək yanğının qarşısını vaxtında alıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.