SİYASƏT


Parisdə 28 May-Respublika Günü qeyd olunub

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü məhdud formatda qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov və səfirliyimizin, daimi nümayəndəliyimizin diplomatları iştirak ediblər. Rəhman Mustafayev və Anar Kərimov çıxış edərək, müstəqiliyimizin tarixindən, onun yenidən bərpa edilməsindən söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır