SİYASƏT


Azərbaycanın Belarusdakı səfiri 28 May - Respublika Günü ilə bağlı bir sıra KİV-lərə müsahibə verib

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov 28 May - Respublika Günü ilə bağlı bu ölkənin bir sıra KİV-lərinə müsahibə verib, məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, BELTA dövlət informasiya agentliyi, “Belarus” radiosuna verdiyi müsahibələrdə və “belprauda.org” saytında dərc edilən məqaləsində səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu, onun keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.