CƏMİYYƏT


Sabah güclü külək əsəcək

Mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq.