SİYASƏT


İstanbulun fəthinin 567-ci ildönümü tədbirində Azərbaycana Respublika Günü münasibətilə xüsusi təbrik

İstanbulun fəthinin 567-ci ildönümü münasibətilə bu şəhərdə “VIII Fəth Kuboku” uğrunda oxçuluq müsabiqəsi keçirilib. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirə videokonfrans bağlantısı ilə qatılıb. Tədbir zamanı Azərbaycanın 28 May-Respublika Günü münasibətilə xüsusi videoçarx nümayiş etdirilib, qardaş ölkəyə bayram təbrikləri çatdırılıb. Videoçarxda Türkiyə və Azərbaycan dövlət başçılarının qaşılıqlı görüşlərindən ibarət görüntülər öz əksini tapıb. Türkiyə Respublikası Prezidenti Administrasiyasının himayəsi, ölkənin Gənclik və İdman Nazirliyi və Oxçular Fondunun birgə təşkil etdiyi tədbirdə ölkəmizin İstanbuldakı Baş konsulu Məsim Hacıyev, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Türkiyənin Gənclər və İdman naziri Mehmet Kasapoğlu, İstanbul Valisi Ali Yerlikaya, İstanbulun Bəyoğlu Bələdiyyəsinin başçısı və eyni zamanda Oxçular Fonudunun sədri Haydar Ali Yıldız və Türkiyə Böyük Millət Məclisinin deputatları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır